5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənayedə qeyri-dövlət sektorunun payı 81,3 faiz olub

Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,5 faiz artaraq 36,6 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,7 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 19,6 faiz artıb. Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma, 31,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,3 faiz olub. Ümumi istehsalın 91,2 faizi sənaye məhsullarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aralıq istehlak məhsullarının istehsalı 32,4 faiz, istehsal vasitələrinin istehsalı 31,2 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 10,3 faiz, enerji məhsullarının istehsalı 5 faiz artıb, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə 2,7 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 601,6 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 49,6 faizi Bakı, 13 faizi Sumqayıt, 7,9 faizi Gəncə, 5,4 faizi Şirvan şəhərlərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalmışdır. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 86 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?