28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağın bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

Qarabağın bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib.

O bildirib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti maraqlı bir dövrə təsadüf edir. Təxminən iki həftə sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbəmizin 1 ili tamam olur. İşğaldan azad olunmuş Qarabağ torpağının bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Artıq bir sıra iri infrastruktur layihələri tamamlanıb, bir çoxu icra mərhələsindədir.

Digər tərəfdən bəşəriyyət COVID-19 pandemiyasının yaratdığı çox böyük çağırışlar ilə üzləşib. Sammitin keçirildiyi dövr ilə bağlı digər mühüm məqam isə 2021-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan olunmasıdır. Bu il dahi Azərbaycan şairi və mütəfəkkirinin anadan olmasının 880 illiyi tamam olur. Onun əsərləri təkcə ölkənin deyil, ümumilikdə dünyanın mədəniyyət xəzinəsinin nadir incilərindən hesab olunur. Hər bir xalqın mədəniyyəti və malik olduğu dəyərlər isə investisiya prizmasından sərməyaçilərin qərarlarına bu və ya digər dərəcədə təsir edir.

O.Məmmədov qeyd edib ki, Azərbaycan İnvestisiya Sammiti sadaladığım bu üç mühüm geo-siyasi reallıqlar, iqtisadi perspektivlər və mədəni xüsusiyyətlər ilə bağlı məsələləri öz gündəliyində əhatə edəcək. Sammit çərçivəsində müxtəlif mövzular üzrə beynəlxalq və yerli ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələri və diskussiyalar, eləcə də startap təqdimatları keçiriləcək.

“Ümumilikdə, birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib. Xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir. Mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyllər olacaq. Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilmiş və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib. Ümidvaram ki, Sammit çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından uğurlu nəticələr əldə ediləcək. Əminəm ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti ölkəmizin ev sahibliyi etdiyi uğurlu beynəlxalq tədbirlər sırasında yer alacaq”, - deyə KOBİA sədri qeyd edib.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb