5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistan Azərbaycanın iqtisadi inkişaf modelini öyrənir

Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsi məqsədilə ölkəmizdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən (İİTKM) bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarə edilməsi modeli, “ASAN”, DOST, KOBİA, “Azexport” kimi brendlərin təcrübəsi özbək nümayəndə heyəti tərəfindən öyrəniləcək. Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi planlaşdırılır.

Özbəkistan nümayəndə heyətinin səfərinin təşkilatçısı İİTKM-dir.

Səfərin gedişində Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi və İİTKM arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?