9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərin həcmi 7 milyardı keçdi

Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq 10 milyon 429 min təşkil edib. Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16,3 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 15,4 faiz, kredit kartları üzrə 23,3 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər kartlar isə 1,1 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 9 ayı ilə müqayisədə 67 faiz artıb.

2021-ci ilin 9 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 7 milyard 218 milyon manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 988 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2 milyard 771 milyon manatı POS-terminallar, 455 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 27,8 faizini təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı 7,1 faiz artıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?