16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib

Oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və reklam şirkətlərinin, biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

KOBİA-dan bildirilib ki, İctimai Şuranın sədri Fərhad Qaraşov forumun Azərbaycanda reklam bazarı sahəsində mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu vasitəsilə reklam bazarı iştirakçılarının çətinliklərinin öyrənilməsi və birgə həll yollarının tapılması üçün səmərəli platforma olacağını vurğulayıb, reklam sahəsində ictimai iştirakçılığın genişləndirilməsinə, sahibkarların müvafiq sahə ilə bağlı məlumatlığının artırılmasına dair təkliflər səsləndirib. Qeyd olunub ki, reklam fəaliyyəti sahəsində birliklər, şuralar, assosiasiyalar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə məlumatlığını artırmaq və maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün KOBİA-nın regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində və KOB inkişaf mərkəzlərində ADRA ilə birgə seminar və görüşlər keçirilə bilər.

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ötən 4 il ərzində ölkənin reklam ekosisteminin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflərdən danışıb. Vurğulanıb ki, agentliyin fəaliyyətinin əsasında müvafiq sahənin inkişafı ilə yanaşı, sahibkar məmnuniyyəti, şəffaflıq və məsuliyyət prinsipləri dayanır. Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirmək üçün onlayn icazələr sistemi, vahid məlumat bazası, 360 dərəcə panoramik virtual xəritəçilik sistemi və digər innovativ həllər tətbiq olunmaqdadır. Reklam sahəsində müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması gələcəkdə də davam etdiriləcək.

Forumda sahibkarlıq fəaliyyətində reklam vasitələrindən istifadə, sağlam və innovativ reklam mühitinin inkişafı və bu sahədə həyat keçirilən tədbirlər, reklam bazarı iştirakçılarının qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?