23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli metallar və qiymətli daşlara dair dövlət standartları təsdiq edilib

Ölkədə istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları” və AZS ISO 18323:2021 “Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inamı” dövlət standartları təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, standartlar “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni standartların tətbiqi zərgərlik sənayesində istifadə olunan qiymətli metalların ərintilərinin əyarlarını, almaz, emal olunmuş almaz, sintetik almaz, kompozit almaz və almaz imitasiyalarını təsvir etmək üçün təlimatları müəyyənləşdirməyə xidmət edəcək.

Qeyd edək ki, standart layihələrinin müzakirəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “AzərGold” QSC-nın, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurumların mütəxəssisləri iştirak edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?