15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası keçirilib

Oktyabrın 8-də MDB-yə üzv ölkələrin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının 28-ci illik iclası keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə MDB ölkələrində aparılan vergi islahatları, vergi yoxlamalarının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən işlər, həmçinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 2021-ci ildə fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev təmsil edib. “Azərbaycanda vergi yoxlamalarının səmərəliliyinin artırılması” mövzusunda çıxış edən İ.Vəliyev bu sahədə son illər ərzində aparılmış islahatlar, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi ödəyicilərinə məsafədən nəzarət etməyə imkan verən informasiya texnologiyalarının tətbiqi, üçüncü şəxslərin məlumatlarının vergi sisteminə inteqrasiyası, elektron və analitik risklərin müəyyən olunması üzrə metodologiyaların hazırlanması barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan bu sahədə mütərəqqi yanaşmaları daim diqqətdə saxlayır, yaxın gələcəkdə vergi ödəyicilərinin uçot məlumatlarının rəqəmsallaşdırılması, aksizli məhsullar üzərində yeni nəzarət mexanizmlərinin və elektron auditin genişləndirilməsi istiqamətlərində yeniliklərin tətbiqi davam etdiriləcək.

İclasda digər MDB ölkələrinin də bu sahədə təcrübələri dinlənilib. Görüş iştirakçıları "MDB ölkələrinin 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyası"nın birinci mərhələsi (2021-2025-ci illər) üzrə tədbirlərin gedişini, eləcə də Koordinasiya Şurasının 2021-2022-ci illər üzrə iş planını müzakirə ediblər. Sonra üzv dövlətlərin vergi sahəsində kadrların hazırlanması, peşə hazırlığı və təkmilləşdirilməsi üzrə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin məlumatı dinlənib. İclasın sonunda MDB-nin 30 illik yubileyi ilə əlaqədar üzv dövlətlərin vergi xidməti orqanlarının bir sıra əməkdaşları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Zaur Fətizadə MDB İcraiyyə Komitəsinin diplomu, Beynəlxalq əlaqələr baş idarəsinin əməkdaşı Esmira Məmmədova isə təşəkkürnamə ilə təltif ediliblər.

Koordinasiya Şurasının növbəti - 29-cu illik iclasının Belarusda keçirilməsi qərara alınıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?