22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.

Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, həmin sahənin ölkədəki inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.

Eyni zamanda, görüş çərçivəsində sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?