21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilir

Oktyabrın 6-da Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin təşkilati dəstəyi ilə “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilir.

İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov çıxış edərək ölkəmizdə yaşıl iqtisadiyyata keçid istiqamətində həyata keçirilən layihələr, iqlim dəyişikliyi ilə qlobal mübarizə və bu istiqamətdə ölkəmizdə atılan addımlar, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.

Nazir qeyd edib ki, bu ilin sonuna qeyri-neft sektorunun 2,2 milyard dollar olacağı proqnozlaşdırılır. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində 18,7 faiz artım olub. Doqquz ayda aktiv vergiödəyicilərinin sayında 5 faiz artım müşahidə edilib. Tədbir panel müzakirə ilə işini davam etdirəcək. Tədbirdə “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: əsas çətinliklər və perspektivlər”, “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında kənar dövlət maliyyə nəzarəti, yaşıl iqtisadiyyata keçiddə bioloji resurslardan səmərəli istifadədə nəzarətin rolu və əhəmiyyəti və sair mövzularında müzakirələr aparılacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?