23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağda infrastruktur təminatının reallaşdırılması bölgənin işgüzar fəallıq mərkəzi kimi formalaşmasına şərait yaradacaq

Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, eyni zamanda, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması, bütövlükdə Azərbaycanın işğaldan azad olunan ərazilərində infrastrukturla bağlı olan proseslərin intensiv şəkildə həyata keçirilməsi işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadi artımın təkan almasına şərait yaratmalıdır.

Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, infrastruktur təminatı vasitəsilə bölgədə işgüzar fəallıq stimullaşdırılmalıdır və bölgə iqtisadiyyatının inkişafına müvafiq təkan verilməlidir. Dövlət infrastruktur təminatını həyata keçirərək faktiki olaraq biznes mühitinin xeyli dərəcədə formalaşdırılması üçün şərait yaradır. Bunu tamamlayan tədbirlər kreditləşmənin də investisiya artımına xidmət etməsinə şərait yaratmalıdır və investisiyaların artımı həmin bölgədə qabaqlayıcı sosial-iqtisadi inkişafı təmin etməlidir. Beləliklə, dövlət öz missiyalarının birini yerini yetirmiş olur, yəni infrastruktur təminatını biznes üçün təqdim edir. Əgər müvafiq kredit resursları təminatı da olarsa, bu, investisiyaların artımına şərait yaradacaq və öz növbəsində işğaldan azad edilmiş ərazilərin həm iqtisadi, həm sosial inkişafına təkan verəcək. Tədricən vergi və fiskal yükün azaldılması da gündəmdə olmalıdır. Biz bununla işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına çox böyük töhfə vermiş olarıq.

“Hesab edirəm ki, Azərbaycan Prezidenti tərəfindən infrastruktur təminatının reallaşdırılması ilə bağlı çox effektiv və qabaqlayıcı, sürətli, intensiv tədbirlərin həyata keçirilməsi ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişaf etdirilməsinə xidmət edir. Bu tip təminatın formalaşdırılması bütövlükdə bölgənin işgüzar fəallıq mərkəzi kimi ölkədə formalaşmasına xeyli dərəcədə şərait yaradır. Bununla yanaşı infrastruktur təminatı həm də hava nəqliyyatı, dəmiryol nəqliyyatı ilə bağlı proseslərdə sürətlənməni adiktə edir. Əslində həyata keçirilən tədbirlərin sistemliliyi onu deməyə əsas verir ki, qısa müddət ərzində işğaldan azad olunan ərazilərdə sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kifayət qədər böyük ümidlər var”, - deyə Elşad Məmmədov bildirib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?