10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Video təlim platforması sahibkarların istifadəsinə verilib

Video təlim platforması sahibkarların istifadəsinə verilib

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların fəaliyyəti üçün zəruri olan biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün daha bir dəstək mexanizmi istifadəyə verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında agentlik tərəfindən video təlim platforması yaradılıb. Platformada biznesə başla, yumşaq bacarıqlar, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib. KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər “www.kobim.az” saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər. Video təlim platforması sahibkarların və biznesə başlamaq istəyən şəxslərin vaxtına və xərclərinə qənaət etməyə, istənilən yerdə peşəkar təlimçilərin təlimlərindən yararlanmağa imkan verəcək.

Sahibkarların ehtiyacları nəzərə alınmaqla platforma mütəmadi olaraq yenilənəcək, platformaya yeni təlim videoları yerləşdiriləcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?