13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlər

İş yerlərində və ya əmək məzuniyyəti zamanı baş verən bədbəxt hadisələr bəzi hallarda işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə nəticələ bilər. Bu zaman onlar qanunvericiliyə uyğun olaraq ödənişlə təmin olunurlar. Mühasibat mütəxəssisi Emin Salamov həmin ödənişlərin məbləğlərinə aydınlıq gətirib.

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarına uyğun olaraq, məzuniyyətin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tənzimlənir.

Misal: Büdcə təşkilatında əmək müqaviləsi əsasında əməkhaqqı 800 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 01.09.2021-ci il tarixindən 15 təqvim günü müddətində ödənişli növbəti əmək məzuniyyətinə çıxır. Əmək məzuniyyətində olduğu dövrdə, daha dəqiq 10.09.2021-ci il tarixindən 15.09.2021-ci il tarixinədək xəstələnir. Əmək məzuniyyətindən qayıtdıqdan sonra xəstəlik vərəqəsi təqdim edən işçiyə qanunvericiliyin tələblərinə əsasən hansı vəsait ödənilməlidir? Qeyd edək ki, cari ildə və əvvəlki ildə işçinin mükafatı olmayıb.

Aylar

IX

X

XI

XII

I

II

III

IV

V

VI

VII

VIII

Əm/h

800

800

800

800

800

800

800

800

800

800

800

800

Məzuniyyət ödənişi:
800 x 12=9600 manat

9600 : 12=800 manat orta aylıq əməkhaqqı.
800 : 30,4=26,31 manat (bir günlük)
26,31 x 15=394,65 manat.

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə (xəstəlik) ödəniş:

800 x 12=9600 manat,

Aylar üzrə iş günüün cəmi 242 iş günü olarsa,

9600 : 12=39,66 manat (bir günlük ödənişin məbləği).

39,66 x 4=158.64 manat

Sentyabr üzrə əmək haqqı – 800 : 22 x 7=254,54 manat.

Əgər işçi və işəgötürən arasında qarşılıqlı razılaşma olmazsa və 6 təqvim günü işdən ayrılan zaman kompensasiya hesablananda nəzərə alınacaqsa, bu halda əməkhaqqı 400 manat olacaq:

800 : 22 x 11=400 manat.

01.09.2021-ci il tarixdən 15.09.2021-ci (15 gün daxil olmaqla) il tarixədək olan dövrdə işçi 15 təqvim günü üçün əmək məzuniyyətini almalıdır. 10.09.2021-ci il tarixindən 15.09.2021-ci il tarixədək olan dövrdə təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən, işçiyə 4 günə görə 158.64 manat müavinət verilməlidir. Burada 10.09.2021-ci ildən 15.09.2021-ci il tarixinə dək 6 gün olsa da sentyabr ayının 11 və 12 qeyri iş günü olduğundan yaınız 4 gün qeyd edilir, çünki xəstəlik pulu iş gününə görə verilir.

Son olaraq isə işçinin əmək məzuniyyəti ödənişsiz olaraq 6 təqvim günü müddətinə uzadılma, yəni işçi 22.09.2021-ci il tarixində işə başlamalı, lakin bu işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı əsasında olmalıdır. Yaxud istifadə olunmayan 6 təqvim günü işçi işdən ayrılan zaman kompensasiya hesablananda nəzərə alınmamalıdır.

Bununla yanaşı, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası Əmək Məcəlləsinin 134-cü maddəsində əksini tapıb. Həmin maddənin 3-cü hissəsinin "a" bəndində qeyd edilib ki, əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
Həmçinin, məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarının II hissəsinin 12-ci maddəsinə əsaslanaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Eyni zamanda ,yuxarıdakı misalla əlaqədar “Ödənişli məzuniyyətlər haqqında” Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyul tarixdən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının müvafiq maddələrində qeydlər edilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?