7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə 8 ayda 436 minə yaxın müraciət edilib

2021-ci ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə 435.550 zəng daxil olub ki, bunun da 90,9%-i canlı rejimdə təmsilçi tərəfindən cavablandırılıb. Hesabat dövründə 1 iş günü ərzində təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1.875, cavablandırılmaya qəbul edilmiş zənglərin sayı isə 1.706 olub.

Çağrı Mərkəzinə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan zənglər üzrə mürəkkəb sual kateqoriyası, elektron xidmətlərdən istifadə zamanı xəta, 3-cü şəxslərin pozuntuları, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), təkliflərin qəbulu və s. məsələlərlə bağlı müraciət vərəqələri tərtib edilib.

Bu lin aprel ayından Çağrı Mərkəzinin “Telegram” kanalı istifadəyə verilib və hazırda kanala 2.890 abunəçi qeydə alınıb. Ötən dövr ərzində “Telegram” kanalı vasitəsilə qanunvericilik, elektron xidmətlərdən istifadə, bəyannamələrin (hesabatların) təqdim olunma vaxtı və digər aktual məsələlər barədə məlumat xarakterli paylaşımlar edilib.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?