Neft Fondu avqustdakı valyuta hərraclarında 512,3 milyon dollar satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən avqust ayı ərzində valyuta hərraclarında 512,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, Neft Fondu iyuldakı valyuta hərraclarında 461,6 milyon dollar satmışdı.
ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.