Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən avqust ayı ərzində valyuta hərraclarında 512,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, Neft Fondu iyuldakı valyuta hərraclarında 461,6 milyon dollar satmışdı.
ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.