7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər avqustun 22-də keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər avqustun 22-də keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçirilib. Rövşən Ağayev (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi), Rəşad Həsənov (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi), Ədalət Muradov (ADİU Həmkarlar İttifaqı), Əliməmməd Nuriyev (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi) İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvü seçiliblər.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, boş qalan 7 yer üçün seçkilər 22 avqust 2021-ci il tarixində saat 12:00-dən 14:00-dək İqtisadi Elmi Tədqiqat İnstitutunun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcəkdir.

Səsvermədə vətəndaş cəmiyyəti institutlarının seçki komissiyasında seçici kimi qeydiyyata alınmış nümayəndələri iştirak edə bilərlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?