15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta ödəmələrinin təsnifatı

Sığorta ödənişləri məqsəd və təyinatına görə fərqli olduğuna görə onları bir sıra qruplara ayırmaq olar. Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Sığorta ödənişləri - şəxslərin gələcəkdə əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar baş verə biləcək risklərin bölüşdürülməsi və ötürülməsi məqsədilə ixtisaslaşmış sığorta təşkilatına (müəssisəsinə) edilən ödənişlərdir.

Sığorta ödənişlərinin təsnifatına gəldikdə, onları ilk növbədə məcburiliyinə görə fərqləndirmək olar: icbari (məcburi) və könüllü sığorta vardır. Əhatə dairəsinə və tətbiqi sisteminə görə sığortanı 3 növə (sistemə) ayırmaq olar:

- fərdi pullu sığorta;

- qarşılıqlı əməkdaşlıq (üzvlük) sığortası;

- sosial sığorta.

Fərdi pullu sığorta sistemi - sığorta şirkətinin sığorta haqqı qarşılığında bəlli müddət ərzində gözlənilən risklər üçün müəyyən olunan məbləği ödəməyi öhdəsinə götürən sığorta sistemidir. Buraya həm icbari, həm də könüllü sığorta növləri daxildir. Bu sistemdə sığorta olunan şəxs öz arzusuna görə peşəkar sığorta təşkilatı tərəfindən fərdi qaydada sığorta edilir və sığorta müqaviləsinə əsasən, həmin xidmətdən sığortaolunan fərdi qaydada istifadə edir.

Qarşılıqlı əməkdaşlıq (üzvlük) siğortası – sığortaolunanların sığorta şirkətində ortaq (tərəfdaş) olduqları, ödədikləri sığorta haqqının bir hissəsi ilə reallaşa bilən risklərin qarşılanmasına yönəldilmiş, digər hissəsinin isə investisiya qoyuluşuna çevrilərək mənfəət əldə etməyə yönəldilmiş sığorta növüdür. Bu gün tətbiq olunan İslam sığortası (Təkafül) bu sistemə əsaslanır. İslam sığortasında sığorta haqları yalnız dini tələblərə uyğun sahələrə yönləndirilir.

Sosial sığorta sistemi - vətəndaşların yaşa, xəstəliyə, təbii fəlakətlərə və s. görə risklərinin qarşısını almaq məqsədilə dövlət tərəfindən toplanan məcburi sosial sığorta haqqının yığılması vasitəsi ilə qurulan sığorta sistemidir. Qanunvericiliyə əsasən, bu cür sığorta sistemində həm sığortaedən təşkilatların, həm də sığortaolunanların gəlirlərindən müəyyən məbləğ Dövlət Sosial Müdafiə Fonduna köçürülərək pensiya yaşına çatanda sığortaolunana qaytarılır.

Sosial sığorta ödənişləri əhalinin sosial təminatı məqsədilə ölkədə aktiv fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərinin Sosial Müdafiə Fonduna ödənilən hissəsidir. Ölkəmizdə mövcud sosial sığorta ödənişi sistemi Azərbaycan Respublikası “Sosial sığorta haqqında qanunu (SSQ)” və digər uyğun normativ hüquqi aktlar vasitəsilə tənzimlənir.

Həmin qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta ödənişlərinin aşağıdakı iki forması vardır:

- məcburi (icbari) dövlət sığortası;

- könüllü (əlavə) sığorta.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?