14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1000-ə yaxın obyektdə monitorinqlər aparılıb. Monitorinqlər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır. Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur. Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır. Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?