5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Auditorlar Palatasında kölgə iqtisadiyyatının ölçülməsinə dair yeni metodik yanaşma hazırlanıb

Prezident İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin genişləndirilməsi, korrupsiyaya qarşı təsirli tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrinin reallaşdırılması məqsədilə son illərdə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən çoxsaylı sənədlər hazırlanıb.

Palatanın mətbuat xidmətindən bildirilib ki, həmin sənədlərdən biri olan “Azərbaycan Respublikasında kölgə iqtisadiyyatının azaldılmasına dair Yol Xəritəsi” qabaqcıl beynəlxalq təcrübə, habelə 2019-cu ilin sentyabr ayında Bakı şəhərində keçirilmiş "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” beynəlxalq elmi-praktik konfransın iştirakçıları tərəfindən təklif olunan tövsiyələr nəzərə alınmaqla hazırlanıb.

Son illərdə Auditorlar Palatasının mütəxəssisləri tərəfindən kölgə iqtisadiyyatının həcminin müəyyən edilməsi istiqamətində apardıqları araşdırmalar yeni bir metodik yanaşmanın yaradılması ilə nəticələnib. Elmi dairələrdə ciddi maraq doğuran bu yanaşma barəsində bu günlərdə “Новый методический подход к вычислению уровня теневой экономики” başlığı ilə məqalə Ruasiyada nəşr olunan beynəlxalq elmi-praktik “Теневая Экономика” jurnalında dərc edilib. (2021 год, Том 5, №2)
Auditorlar Palatasının sədri professor Vahid Novruzovun, peşəkar auditor, palata sədrinin müşaviri Nəcəf Talıbovun və palatanın idarə rəisi, UNEC-in doktorantı Qoşqar Əhmədovun müəlliflikləri ilə hazırlanmış yeni metodika xarici mütəxəssislər tərəfindən kölgə iqtisadiyyatının həcminin ölçülməsi sahəsin də irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilir. Bu metodika dəqiq statistik göstəricilərə əsaslandığı üçün, kölgə iqtisadiyyatinin ölçülməsi üzrə həm Azərbaycan, həm də xarici ölkə mütəxəssisləri üçün faydalıdır.

Məqalənin orijınalını bu internet resursdan əldə etmək olar: https://1economic.ru/lib/112381

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması