27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

500-dən çox obyektdə karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər davam etdirilir. Şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək 500-dən çox obyektdə monitorinqlər aparılıb, qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Monitorinq göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinin gözlənilməsi təmin olunur.

Bununla belə, iyulun 16-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına rast gəlinib. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra rast gəlinən və həll oluna bilən pozuntu halları yerindəcə aradan qaldırılıb və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin edilib.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, yaxud zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq qəbul etmək üçün sifariş götürməsidir. Toylarda qonaqların say məhdudiyyətinin pozulması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmaması da ən çox rast gəlinən pozuntu hallarındandır.

Şənlik mərasimləri təşkil edən məkan sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkili və iştirakçıların zəruri sənədlərə malik olması mütləq şərtdir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?