29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO-nun yeni saytı istifadəyə verilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi internet səhifəsi “www.azpromo.az” yenilənmiş dizaynda istifadəyə verilib.

AZPROMO-dan bildirilib ki, saytın yenilənməsində məqsəd Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması və təşviqi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi tədbirləri və sair barədə məlumatların ictimaiyyətə çatdırılması, iqtisadi xəbərlərin, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin daha geniş və operativ yayılmasıdır.

Sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib. Bundan başqa, məlumatların ötürülməsinin təşkili və təkmilləşdirilməsi, zamanından və coğrafiyasından asılı olmayaraq xəbərlərin ictimaiyyətə çatdırılmasını sürətləndirmək məqsədilə AZPROMO-nun rəsmi səhifəsi ilə yanaşı, mobil tətbiqi də istifadəyə veriləcək. Mobil tətbiq istifadəçilərə informasiya, hüquqi, təşkilati, marketinq dəstəyi ilə yanaşı, İxracatçılar Klubuna üzv olmaq üçün qeydiyyat bölməsindən yararlanmaq imkanı yaradır.

Mobil tətbiq vasitəsilə keçirilən tədbirlərə qeydiyyatın aparılması da mümkün olacaq. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatları ilə tərtib olunan mobil tətbiqi həm "Android", həm "iOS" əməliyyat sistemlərindən yükləmək mümkün olacaq. AZPROMO-nun rəsmi səhifəsi və mobil tətbiqinin daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı olaraq aparılacaq.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?