25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bakıda işgüzar səfərdə olan “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında görüş keçirilib. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.

Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu qeyd edən İqtisadiyyat naziri, ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var və “Rusiya İxrac Mərkəzi”, “Roseksimbank” SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, “Roseksimbank” SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?