26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 3,2 milyon dollar, idxalın dəyəri 3 milyard 528,9 milyon dollar təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İspaniya, Gürcüstan, Ukrayna, Almaniya, Portuqaliya, Birləşmiş Krallıq, İsrail, Xorvatiya, ABŞ, Belarus, Tunis, İran, İsveçrə, Tailand, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiyanın, 15,2 faizi Türkiyənin, 12,3 faizi Çinin, 6,9 faizi Almaniyanın, 4,3 faizi ABŞ-ın, 4 faizi Ukraynanın, 3,6 faizi İranın, 3,5 faizi İtaliyanın, 2,7 faizi Birləşmiş Krallığın, hər biri 2 faiz olmaqla Koreya və Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, hər biri 1,2 faiz olmaqla Belarus və Polşanın, hər biri 1,1 faiz olmaqla Vyetnam və Norveçin, 1 faizi Niderlandın, 14,9 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxalın 67,3 faizini avtomobil, 17,7 faizini dəmir yolu, 11,1 faizini hava, 3,7 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 1 faizini Tailanda, hər biri 0,7 faiz olmaqla Almaniya və İrlandiyaya, 0,6 faizini Rumıniyaya, 0,5 faizini Yunanıstana, 3,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Cari ilin yanvar-aprel aylarında ixracın 86,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,7 faizini avtomobil, 4 faizini dəmir yolu, 1,3 faizini hava, 0,3 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?