15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək

İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında anlaşma memorandumu imzalanıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və “Zorlu Holding” arasında imzalanan memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, “Zorlu Holding” tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq, bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcək.

Tədbirdə reallaşdırılacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.

“Zorlu Holding”in İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib, bu sahədə görüləcək işlər barədə məlumat verib.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?