Dövlət büdcəsinin gəlirləri 9,7 milyard manat, xərcləri 9,3 milyard manat olub
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 735,2 milyon manat, xərcləri 9 milyard 366,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 368,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.