21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sığorta satıcıları üçün beynəlxalq səviyyəli təlim təşkil edilib

Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) iştirakı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramını Azərbaycanda həyata keçirməyə davam edir.

ASA-dan bildirilib ki, sayca ikinci olan bu təlim sığorta satışı istiqamətinə həsr olunub. Sığortaçıların maliyyə dayanıqlılığının təmin edilməsində əhəmiyyətli rolu olan sığorta satışı təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında sığorta satıcılarının bilik və bacarığının artırılması, eyni zamanda, beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır. Növbəti aylarda sektordakı “Solvency II”, IFRS-17, anderaytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Mərkəzi Bankı, ASA və TSEV – Türk Sığorta İnstitutu Vəqfi arasında əldə olunmuş razılığa əsasən, reallaşdırılan bu layihələrin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhfə verməkdir.

Qeyd edək ki, ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?