16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnformasiya və rabitə müəssisələri 716,2 milyon manatlıq xidmətlər göstərib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 3,8 faiz artaraq 716,2 milyon manat təşkil edib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 300,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, rabitə xidmətlərinin dəyəri rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir. Bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş xidmətlər müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə mobil telefon rabitəsi, internet xidmətləri, ISDN xidmətləri, ADSL və HDSL xidmətləri, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?