15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Peyvənd istehsal edən şirkətlər müəlliflik hüququnu başqa şirkətlərə verə bilərlər

Avropa və ABŞ-ın peyvənd şirkətlərinin müəllif hüququnu başqa şirkətlərə verməsi ilə bağlı məsələ qaldırılıb. Dünya mətbuatında qızğın müzakirə olunan bu təklifi artıq Ümumdünya Ticarət Təşkilatı da dəstəkləyib.

Məsələnin ABŞ rəhbərliyinin də diqqətində olduğunu vurğulayan iqtisadçı Elman Sadıqov bildirib ki, məsələni sadə dillə açıqlasaq, dərman və ya peyvənd ixtira edən şirkətlərin həmin dərmanları istehsal etmək üçün bir neçə il (3-5 il və ya daha çox) müstəsna hüquqları (müəlliflik hüquqları) olur. “Lakin şirkətlər investisiyalarını geri qaytarıb mənfəət əldə etdikdən sonra ya özləri öz müəlliflik hüquqlarını satır, ya da müvafiq prosedurlarla bu hüquqları başqa şirkətlər əldə edirlər.

Hazırda pandemiya ilə əlaqədar fors-major dövrüdür. Həmin şirkətlər peyvənd istehsalını özləri çatdıra bilmirlər. Peyvəndləmə daha sürətlə getməlidir. Peyvəndləri digər şirkətlərin istehsal etməsinə icazə verilməsi məsələsi bu səbəbdən qaldırılıb. Məsələnin həlli bu sahədə inqilabi yenilik ola bilər. Yəni eyni tərkibli peyvəndlər daha çox şirkətlər tərəfindən daha çox sayda istehsal olunsa, əlçatanlıq artacaq”.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?