Peyvənd istehsal edən şirkətlər müəlliflik hüququnu başqa şirkətlərə verə bilərlər

2021.05.08 13:16 (UTC+04:00)

Məsələnin ABŞ rəhbərliyinin də diqqətində olduğunu vurğulayan iqtisadçı Elman Sadıqov bildirib ki, məsələni sadə dillə açıqlasaq, dərman və ya peyvənd ixtira edən şirkətlərin həmin dərmanları istehsal etmək üçün bir neçə il (3-5 il və ya daha çox) müstəsna hüquqları (müəlliflik hüquqları) olur. “Lakin şirkətlər investisiyalarını geri qaytarıb mənfəət əldə etdikdən sonra ya özləri öz müəlliflik hüquqlarını satır, ya da müvafiq prosedurlarla bu hüquqları başqa şirkətlər əldə edirlər.

Hazırda pandemiya ilə əlaqədar fors-major dövrüdür. Həmin şirkətlər peyvənd istehsalını özləri çatdıra bilmirlər. Peyvəndləmə daha sürətlə getməlidir. Peyvəndləri digər şirkətlərin istehsal etməsinə icazə verilməsi məsələsi bu səbəbdən qaldırılıb. Məsələnin həlli bu sahədə inqilabi yenilik ola bilər. Yəni eyni tərkibli peyvəndlər daha çox şirkətlər tərəfindən daha çox sayda istehsal olunsa, əlçatanlıq artacaq”.