25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir

Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı Nəsirov İsax Göyüş oğluna məxsus Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 19 nəfər, İmanov Eldar Elman oğluna məxsus Xətai rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş şəxslər barəsində tərtib olunmuş materialların hüquqi araşdırılmaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. İşəgötürənlər işçiləri işə götürən zaman əmək müqaviləsi bağlamalı, işçilərin əmək və sosial hüquqlarını təmin etməlidirlər.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?