9 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mayın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar iyunun 2-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.

Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda, təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.5167-99.5543 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Ekspert Rəyiİş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri VergiVergi daxilolmaları 85 faiz artıb VergiBağlanmış əmək müqavilələrinin sayı 1 milyon 740 mindən çoxdur VergiElektron qeydiyyat ərizələrinin 83,7 faizi Asan imza ilə təqdim olunub İqtisadiyyatGələn il Azərbaycanda yaşayış minimumu neçə manat olacaq? VergiAktiv ƏDV ödəyicilərinin sayı 13,2 faiz artıb VergiƏDV ödəyicisi olmayan müəssisə hansı hesabatları təqdim etməlidir? İqtisadiyyatAntiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılması yekunlaşıb MəqalələrSahibkar Afət Məmmədov: “Dövlət hər zaman yanımızdadır” İqtisadiyyatAvropa qurumları ilə tərəfdaşlıq istiqamətləri müzakirə olunub