19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqının regionlar üzrə bölgüsü

2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən 1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı 540,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, işləyən əhalinin regionlar üzrə bölgüsündə işçilərin sayına görə birinci yeri Bakı şəhəri (714,5 min nəfər) tutur. Aran, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə regionlardan fərqlənir. Bu rayonlarda işçi sayı, müvafiq olaraq, 214 min, 140,8 min və 111,6 min nəfər olub. Ayrı-ayrı rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində (57,5 min nəfər), ən az Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.

Dövlət Statistika Komitəsi rayonlar üzrə orta aylıq nominal əməkhaqqının məbləğinə dair göstəriciləri də açıqlayıb. Məlum olub ki, hazırda Azərbaycanda ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərinin payına düşür - 785,6 manat. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq nominal əmək­haqqı Naxçıvan Muxtar Respublikasında (429,4 manat) olub. Ən az isə əməkhaqqı alanlar Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb - 284,7. Rayonlar üzrə ən yüksək orta aylıq əməkhaqqı siyahısında ilk 3 yeri Sədərək (484,8 manat), Şuşa (456,6 manat), Naxçıvan şəhəri (447,4 manat), ən aşağı isə Qax (255,7 manat), Zərdab (257,7 manat) və Ağcabədi (258,7 manat) rayonları tutur.

E. SALAHOV

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?