2 Aprel 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Aprelin 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar mayın 19-da ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda, təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.5167-99.5543 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb