24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən, tərkibi yenidən formalaşdırılmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 9QSC) Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib.
QSC-dən bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “AzerGold”un idarə heyətinin sədri Zakir İbrahimov və digər üzvləri iştirak ediblər.
İlk olaraq “AzerGold”un Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri R.Nəcəf qeyd edib ki, “AzerGold” fəaliyyət göstərdiyi qısa müddət ərzində dağ-mədən sahəsində ciddi uğurlar qazanaraq Azərbaycanın qeyri-neft sektorunun aparıcı ixracatçıları sırasında qərarlaşıb. Hazırda dövlət şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində QSC-nin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə olunmasını müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası “AzerGold” QSC-nin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaq.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “AzerGold”un korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?