7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startapçılarla müzakirələr aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “EnterpriseAzerbaijan.com” portalına daxil olan startapçılarla görüşüb.

İİTKM-dən bildirilib ki, görüşdə V.Qasımlı Azərbaycanda startap ekosisteminin inkişafı üçün əsaslar yaradıldığını qeyd edib.

“Biznesə başlamanın asanlığı, startap şəhadətnaməsi əsasında üçillik vergi tətili, inkubasiya, akselerasiya və kovorkinq platformaları, startaplar üçün mentorluq və maliyyə bazarlarına çıxış imkanları bu sıradadır. Dünyada 3 trilyon dollarlıq startap ekosistemində Azərbaycanın mövqeyini gücləndirməsi üçün “EnterpriseAzerbaijan.com” portalı təlimlər keçirir, kikstarter platformalarına çıxışı təmin edir, inkubasiya və akselerasiya platforması kimi xidmət göstərir.

“EnterpriseAzerbaijan.com” və Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində startapları dəstəkləmək üçün onlara aktivlər təqdim ediblər. Eyni zamanda, “EnterpriseAzerbaijan.com” portalı Azərbaycan Beynəlxalq Bankı ilə startapların xarici maliyyə bazarlarına çıxarılması üçün birgə layihə gerçəkləşdirirlər”, - deyə o bildirib.

Görüşdə “EnterpriseAzerbaijan.com” portalında akselerasiya prosesində olan “ALMA Consulting”, özünüməşğulluq çərçivəsində aktivlər alan “Bonpini” və “İnterno”, “EnterpriseAzerbaijan.com” portalında yerləşdirilmiş “Healthi Story”, “İRS cizgi”, “Save Access System”, “TezGet” və “VeloKuryer” startapları təqdimatlarla çıxış ediblər.

“EnterpriseAzerbaijan.com” portalının meneceri Pərvin Məmmədzadə bildirib ki, bu yaxınlarda Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Azərbaycan startapları ilə potensial investorların görüşünün keçirilməsi planlaşdırılır. Məqsəd startapların layihələrinin maliyyələşdirilməsidir. Hibrid, yəni həm onlayn, həm də offlayn formatda olacaq tədbirdə banklar, mələk və toxum investorların iştirakı planlaşdırılır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?