23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Macarıstan bu ilin sonunda Cənub qaz dəhlizinə qoşulacaq

İspaniya maliyyə bazarlarının “Investing.com” onlayn-platformasında “Macarıstan bu ilin sonunda Cənub qaz dəhlizinə qoşulacaq” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana səfərindən, bu ölkənin xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazov ilə görüşlərindən bəhs edilir. P.Siyarto bildirib ki, cari ilin sonuna qədər onun ölkəsi Avropa üçün çox əhəmiyyətli bir layihə olan Cənub qaz dəhlizinə qoşulacaq.

Peter Siyartonun sözlərinə görə, onun ölkəsi 2023-2024-cü illərdə Azərbaycandan xeyli qaz ala bilər və bu məqsədlə zəruri qaz kəmərlərinin tikintisi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar başlanıb.

İspan saytında vurğulanır ki, 2002-ci il dekabrın 31-də Azərbaycan Cənub qaz dəhlizinin sonuncu sahəsi olan Transadriatik boru kəməri (TAP) vasitəsilə kommersiya qaz tədarükünə başlayıb.
Cənub qaz dəhlizinin buraxıcılıq qabiliyyəti “Şahdəniz” yatağından hər il çıxarılacaq 16 milyard kubmetrə yaxın qazın nəql edilməsi üçün nəzərdə tutulub. Bu həcmin təqribən 10 milyard kubmetri Avropaya, qalan hissəsi Türkiyənin qərb bölgələrinə nəql ediləcək.

Məqalədə bildirilir ki, 2021-ci ildə bu qaz infrastrukturu vasitəsilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql ediləcək. Hazırda bu layihənin genişləndirilərək Qərbi Balkan ölkələrini də əhatə etməsi məsələsi müzakirə olunur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?