15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb

Martın 3-də Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə videoformatda görüşü keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, tədbirdə çıxış edən ARGTMŞ-nin sədri Azər Əliyev ölkədə aparılan gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu vurğulayıb, gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Milli Şura yarandığı gündən öz ətrafında 133 gənclər təşkilatını sıx birləşdirməklə ölkə gəncləri və təşkilatlarının vahid koordinasiya və əməkdaşlıq mərkəzinə çevrilib. Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qurum rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, bu və ya digər sahədə karyera qurmaqla bağlı fikir mübadiləsi aparılır.

Dövlət Vergi Xidmətinin rəisi müavini Samirə Musayeva xidmətin fəaliyyət mexanizmi barədə iştirakçılara geniş məlumat verib. Vergi orqanlarında çalışanların böyük əksəriyyətinin müsabiqə yolu ilə işə qəbul olunmuş gənclərin təşkil etdiyini deyən S.Musayeva Dövlət Vergi Xidmətinin fəaliyyətinin ölkə həyatındakı əhəmiyyətli rolunu və bu məsuliyyətli vəzifənin gənclər tərəfindən uğurla icra olunduğunu xüsusi vurğulayıb.

Son dövrlərdə ölkədə aparılan iqtisadi, o cümlədən vergi islahatları barədə məlumat verən S.Musayeva gənc sahibkarların müasir və innovativ həllərə əsaslanan inzibatçılıq islahatlarına çevik reaksiyasını, məsafədən sahibkar-vergi orqanı münasibətlərinin inkişafına və bununla da şəffaflaşma prosesinə töhfəsini qeyd edib. Dövlət Vergi Xidmətinin həyata keçirilən islahatların mahiyyəti və məzmunu barədə gənclərin maarifləndirilməsi işinə metodoloji dəstəyin verilməsinə hazır olduğu diqqətə çatdırılıb.

Sual-cavab sessiyasında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi layihələrdə gənclər təşkilatlarının iştirakı, vergi sahəsində onların əldə edə biləcəyi güzəştlər, vergi islahatlarının inkişafında gənclərin rolu, gənclər təşkilatlarının fəal üzvləri üçün təcrübə və ya könüllülük imkanları və digər mövzularda geniş müzakirələr aparılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?