29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pensiyaların artırılması üçün bu il 41 milyon, gələn ildən isə 49 milyon manat vəsait yönəldiləcək

Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı humanizm və sosial ədalət prizmasından yeni və mühüm addımların atılmasının ardıcıl xarakter almasına səbəb olub. Əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı dövlət başçısı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bu il fevralın 27-də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında" Sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı Sərəncamı şərh edərək deyib: "Əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair dövlət başçısı tərəfindən irəli sürülən yeni humanist təşəbbüs nəticəsində həmin məbləğ cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Bu Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Minimum pensiya məbləğinin artırılması nəticəsində pensiyası artan 233 min nəfərdən 9 min nəfərin pensiyası 93 faiz (75 manat), 26 min nəfərin pensiyası 30 faiz (37 manat), 74 min nəfərin pensiyası 16 faiz (27 manat), 80 min nəfərin pensiyası 7 faiz (15 manat) və s. artır. Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizədək təşkil edir. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, il ərzində isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ən ön sıraları bölüşür".

Şöbə müdiri deyib: "Prezidentin bu il fevralın 7-də imzaladığı Sərəncama əsasən ilin əvvəlindən ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi ilə bağlı rəsmi statistik məlumat əsasında pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin edilib. Bu da 94 faiz pensiyaçıya şamil olunub. Qalan kateqoriyadan olanlar pensiyalarına qulluq stajına görə əlavə alırlar və onların pensiyaları vaxtilə işləmiş olduqları vəzifənin maaşı artdıqda yenidən hesablanır. Artım şamil edilən pensiyaçılara yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birgə verilib. Yanvar və fevral ayı üzrə həmin artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.

Yeni islahat tədbiri kimi bu ilin əvvəlindən 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci il iyulun 1-dək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir. Həmin 25 illik stajın və eləcə də 2018-ci il iyulun 1-dək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur".

Fazil Talıblının verdiyi məlumata görə, təkcə bu il 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikliklərlə əlaqədar əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. O qeyd edib ki, sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatı sistemi bu il yanvarın 1-dək ilkin məlumata görə 1,3 milyon nəfəri, başqa sözlə, ölkə əhalisinin 13,04 faizini əhatə edir. Onlardan 58,3 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb