11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk Şurasının enerji nazirlərinin toplantısı keçiriləcək

Fevralın 24-də Türk Şurasına üzv və müşahidəçi ölkələrin enerji nazirlərinin onlayn formatda ilk toplantısı keçiriləcək.

Türk Şurasından bildirilib ki, iclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türk Şurasının Baş katibi Bağdad Amreyev açılış nitqi ilə çıxış edəcəklər.

İclasda Türk Şurasına üzv və müşahidəçi dövlətlərin enerji nazirlərinin çıxışları olacaq. Nazirlər üzv və müşahidəçi dövlətlər arasında enerji sahəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini müzakirə edəcəklər. Həmçinin bölgənin inkişafı, eləcə də enerji əlaqələrinin yaxşılaşdırılması sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılacaq.

Nazirlər bərpaolunan enerji mənbələrinin inkişafı üçün investisiya mühitinin təmin edilməsi, enerji səmərəliliyi və qabaqcıl enerji texnologiyaları barədə ən yaxşı təcrübələrin və məlumatların paylaşılması, üzv dövlətlərdə istehsal olunan neft-kimya məhsulları üçün xarici satış kanallarının yaradılması, qazla və elektriklə çalışan nəqliyyat vasitələri kimi ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın inkişafı ilə bağlı təcrübə mübadiləsi, üzv dövlətlər arasında neft mühəndisliyi sahəsində birgə müəssisənin yaradılması kimi məsələləri müzakirə edəcəklər.

Türk Şurası Enerji İşçi Qrupunun ilk toplantısı isə fevralın 23-də onlayn formatda keçiriləcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?