13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun yaradılması ölkələrimizin daha sürətlə inkişafına imkan yaradacaq

Nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün də Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz olub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu sözləri fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda deyib.

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi mühüm yer tutur. 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi ticarət əlaqələrimizin inkişafına töhfə verəcək. Bundan başqa, inanırıq ki, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi işlərin daha səmərəli və çevik həyata keçirilməsini təmin edəcək.

Sevindirici haldır ki, Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunur. Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir.

Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşması bizim qarşımızda duran vəzifələrin daha sürətlə icrasına yardım ola bilər.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?