Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar artaraq 65,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar bahalaşaraq 61,67 dollar olub.