25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə vahid informasiya bazası olacaq

Yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə vahid informasiya bazası olacaq

Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanacaq yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını formalaşdıracaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, əsas məqsəd əlilliyi olan şəxslər barədə belə bir informasiya bazasının yaradılması ilə müvafiq məlumatların uçotu və təhlillərinin aparılması, əlillik sahəsində xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Məlumat bazasında əlilliyi olan şəxslərin fərdi məlumatları, əlilliyinə, sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, sosial ödənişlə, reabilitasiya xidmətləri və vasitələri ilə təminatına, peşə-əmək qabiliyyətinin itirilməsi faizinə, məşğulluq vəziyyətinə, məşğulluq tədbirlərinə cəlb olunmasına və s. dair bütün məlumatlar əhatə olunacaq.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?