19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin səmərəliliyi artacaq

"Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezident fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, bu addımın atılması iqtisadiyyatın real sektorunun üstun inkişafını təmin etmək məqsədi daşıyır: "Son illərdə ölkənin bəzi bölgələrində yaradılmış sənaye parkları, sənaye məhəllələri və aqroparklar və onların şəbəkəsinin getdikcə genişləndirilməsi bu prosseslərin idarəçiliyində yeni yanaşmanın ortaya qoyulmasını zəruri etdi. Dövlət başçısının "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanının girişində İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsin yaradılsının hansı zərurətdən irəli gəldiyi aydın şəkildə əks olunub. Bu qurumun əsas hədəfi mövcud sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə onların fəaliyyətini daha yaxşı əlaqələndirməkdir. Son illərin təcrübəsi göstərir ki, idarəçilikdə pərakəndəliyin aradan qaldırılması və proseslərə sistemli yanaşımın mövcud olduğu şəraitdə uğur qazanmaq daha asan olur. Elə bu səbəbdən də idarəçilikdə tətbiq olunan yeni yanaşmalar tədqirəlayiqdir".

Fəxriyyə İKRAMQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?