Sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin səmərəliliyi artacaq

2021.02.01 12:15 (UTC+04:00)

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, bu addımın atılması iqtisadiyyatın real sektorunun üstun inkişafını təmin etmək məqsədi daşıyır: "Son illərdə ölkənin bəzi bölgələrində yaradılmış sənaye parkları, sənaye məhəllələri və aqroparklar və onların şəbəkəsinin getdikcə genişləndirilməsi bu prosseslərin idarəçiliyində yeni yanaşmanın ortaya qoyulmasını zəruri etdi. Dövlət başçısının "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanının girişində İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsin yaradılsının hansı zərurətdən irəli gəldiyi aydın şəkildə əks olunub. Bu qurumun əsas hədəfi mövcud sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə onların fəaliyyətini daha yaxşı əlaqələndirməkdir. Son illərin təcrübəsi göstərir ki, idarəçilikdə pərakəndəliyin aradan qaldırılması və proseslərə sistemli yanaşımın mövcud olduğu şəraitdə uğur qazanmaq daha asan olur. Elə bu səbəbdən də idarəçilikdə tətbiq olunan yeni yanaşmalar tədqirəlayiqdir".

Fəxriyyə İKRAMQIZI