31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müşahidə Şurasının yaradılması günün tələbidir

Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurasının yaradılması şirkətin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. İqtisadçı Pərviz Heydərov SOCAR-ın idarə edilməsində dəyişikliklərlə bağlı müalhizələrini bölüşüb.

“SOCAR Azərbaycan dövlətinin iqtisadi və maliyyə dayağıdır. Dövlət şirkətlərinin, dövlətin payı olan səhmdar cəmiyyətlərin fəaliyyətinin səmərəliliyin təmin edilməsi dəqiq və konkret mexanizm tələb edir. Dövlət şirkətləri dövlət büdcəsinin əsas gəlir mənbələrini təşkil etməli olduqları halda, büdcədən hər il böyük həcmdə pul alırlar, əksər işlərini dövlətin hesabına görürlər.

Ötən ilin avqust ayında ilkin addım kimi Dövlət İnvestisiya Holdinqinin yaradılması bu vəziyyətə son qoymaq məqsədi daşıyır. Mənə elə gəlir ki, ölkə iqtisadiyyatının qarşısında duran zəruri vəzifələrdən biri özəlləşdirmədir. Yəni dövlətin payı yüksək olan qurumların çoxu özəlləşdirilməlidir. Bu həmin şirkətlərə investisiyaların cəlb olunmasında, onların idarəçiliyində səmərəsizliyi aradan qaldıracaq.

Ümumiyyətlə, dövlət şirkətlərinin yükü getdikcə azaldılmalı, idarəetmə asanlaşmalı və borclanma, o cümlədən maliyyə hesabatlılığı məsələlərinə ciddi nəzarət olunmalıdır. Bütün bunlara təkcə dövlətin gücü ilə və ya dövlətin müdaxiləsi ilə nail olmaq mümkün deyil. Odur ki, gələcəkdə özəlləşdirmə qaçılmazdır və həmin prosesi Müşahidə Şurası tənzimləyəcək”.

Fərqanə ALLAHVERDİQIZI

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?