“SOCAR Azərbaycan dövlətinin iqtisadi və maliyyə dayağıdır. Dövlət şirkətlərinin, dövlətin payı olan səhmdar cəmiyyətlərin fəaliyyətinin səmərəliliyin təmin edilməsi dəqiq və konkret mexanizm tələb edir. Dövlət şirkətləri dövlət büdcəsinin əsas gəlir mənbələrini təşkil etməli olduqları halda, büdcədən hər il böyük həcmdə pul alırlar, əksər işlərini dövlətin hesabına görürlər.
Ötən ilin avqust ayında ilkin addım kimi Dövlət İnvestisiya Holdinqinin yaradılması bu vəziyyətə son qoymaq məqsədi daşıyır. Mənə elə gəlir ki, ölkə iqtisadiyyatının qarşısında duran zəruri vəzifələrdən biri özəlləşdirmədir. Yəni dövlətin payı yüksək olan qurumların çoxu özəlləşdirilməlidir. Bu həmin şirkətlərə investisiyaların cəlb olunmasında, onların idarəçiliyində səmərəsizliyi aradan qaldıracaq.
Ümumiyyətlə, dövlət şirkətlərinin yükü getdikcə azaldılmalı, idarəetmə asanlaşmalı və borclanma, o cümlədən maliyyə hesabatlılığı məsələlərinə ciddi nəzarət olunmalıdır. Bütün bunlara təkcə dövlətin gücü ilə və ya dövlətin müdaxiləsi ilə nail olmaq mümkün deyil. Odur ki, gələcəkdə özəlləşdirmə qaçılmazdır və həmin prosesi Müşahidə Şurası tənzimləyəcək”.
Fərqanə ALLAHVERDİQIZI