15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsi

Praktikada az rast gəlinən, amma çoxlarını maraqlandıran məsələlərdən biri əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsidir.
Sərbəst auditor Altay Cəfərov bu məsələ ilə bağlı aşağıdakı sualların ortaya çıxdığını vurğulayır:

- Tərəflərin qarşılıqlı razılığı dedikdə nə başa düşülür?
- Xitamla bağlı qarşılıqlı razılıqlar ilkin əmək müqaviləsinə mütləq daxil edilməlidirmi?
- Bununla bağlı əmək müqaviləsində dəyişiklik edilməlidirmi?
Bu sualların cavabını Əmək Məcəlləsində axtarmaq lazım gəlir. Məcəllənin 75-ci maddəsində yazılıb:
Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:
a) tərəflərin qarşılıqlı razılığı;
b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;
c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;
ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;
d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
Burada ən çox maraq və sual doğuran 75.2(a) bəndidir.
Sual: İşəgötürən və işçi öz aralarında razılaşmaqla əmək müqaviləsini müddətindən asılı olmayaraq ləğv edə bilərmi?
Müqavilədə əvvəldən nəzərdə tutulub-tutulmamasından aslı olmayaraq, tərəflər əlavə razılaşma imzalalaqla 75.2.(a) bəndinə əsasən müqaviləyə xitam verə bilərlər.
Sual: Bu hal Məcəllənin 75.1.-ci maddəsinə zidd deyilmi?
75.1.-ci maddə Məcəllədə nəzərdə tutulan hallardan başqa digər halların olmasına aiddir. Əmək müqaviləsi bağlananda müqavilədə əlavə xitam hallarını nəzərdə tutmaq olar. Bu məqam ilkin müqavilədə nəzərdə tutulmadıqda isə müqaviləyə əlavələr etmək olar. Buna Əmək Məcəlləsinin 46-cı maddsinin tələblərinə əsasən yol verilir:
Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
Burada aydın qeyd olunub ki, əmək müqaviləsi bağlanılır, bildiriş sisteminə daxil olunur və qüvvəyə minir. Lakin bu o demək deyildir ki, müqavilə ilkin variantda olduğu kimi qalmalıdır. Tərəflərin razılaşmasına əsasən istənilən vaxt əmək müqaviləsinin istənilən maddəsinə dəyişiklik, əlavə etmək olar. Odur ki, istənilən halda tərəflərin razılığına əsasən müqaviləyə xitam verilməsi 75.1-ci maddə ilə ziddiyyət təşkil etmir.
Sual: Xitam razılaşmasında əlavə təminatlar nəzərdə tutula bilərmi?
Adətən, praktikada işçilərin işdən azad olunması ya işçinin, ya da işəgötürənin təşəbbüsü ilə olur ki, bunun icra mexanizmi üçün vaxt prosedurları mövcuddur. Amma müqaviləyə hər iki tərəfin razılığı ilə xitam verildiklə işçiyə əlavə təminatlar verilə bilər. Bu isə bu işçi və işəgötürən arasındakı razılaşmadan asılıdır.

Fəxriyyə İkramqızı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?