12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“World Net Summit”də KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransında KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi, bu sahədə dövlət dəstəyi tədbirləri və mexanizmlərindən də bəhs edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov KOB-ların innovasiyalara çıxışının yaxşılaşdırılması istiqamətində göstərilən dəstək və xidmətlər, innovativ sahibkarlığın inkişafına yönəlmiş və biznesin bilik və bacarıqlara çıxışını təmin edən KOB inkişaf mərkəzləri və bu mərkəzlərdə fəaliyyət göstərən biznes inkubatorlar barədə məlumat verib. Qeyd olunub ki, növbəti yeni yaradılacaq KOB İnkişaf Mərkəzi də innovasiya əsaslı olacaq. Bu mərkəzdə rəqəmsal modelləşmə və istehsalın öyrədilməsi prosesi həyata keçiriləcək, eyni zamanda, ən müasir avadanlıqlardan sahibkarların ortaq istifadə etməsi modeli ilk dəfə tətbiq ediləcək. Ölkə qanunvericiliyində startaplara, onların innovasiya fəaliyyətinə geniş imtiyaz və vergi güzəştlərini nəzərdə tutan normalar da müəyyən edilib. Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə bu maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili KOBİA-ya həvalə olunub. Bu dəstək mexanizmi də KOB-ların innovativ fəaliyyətə marağını artıracaq və bu istiqamətdə yeni ideyaların formalaşmasını təşviq edəcək.
O.Məmədov, həmçinin KOB-ların innovativ fəaliyyətə təşviq edilməsi, startapların stimullaşdırılması üçün agentliyin həyata keçirdiyi marifləndirici və təşviqedici tədbirlər, o cümlədən KOBİA-nın yerli tərəfdaşlığı ilə keçirilmiş "Beynəlxalq Startap Yarışması 2020" barədə də məlumat verib, tədbir çərçivəsində sualları cavablandırıb.
Qeyd edək ki, yerli və xarici dövlət qurumlarının, özəl sektor təmsilçilərinin, beynəlxalq təşkilatların iştirakı ilə təşkil olunmuş “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər keçirilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?