5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

On ayda Azərbaycandan 12,2 milyard dollarlıq ixrac reallaşdırılıb

Yanvar-oktyabr aylarında Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard dollar dəyərində ixrac reallaşdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayına istinadla xəbər verir ki, 10 ayda Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında tomat (pomidor 173 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 158,7 milyon dollar) ikinci və pambıq mahlıcı (94,7 milyon dollar) üçüncü olub.
On ayda meyvə-tərəvəz ixracı 467,3 milyon, pambıq lifi ixracı 95,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 70 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 42,9 milyon, pambıq ipliyi ixracı 13,6 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9,7 milyon, şəkər ixracı 16,8 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 19,2 milyon, çay ixracı 7,7 milyon dollar təşkil edib.
Oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 162,8 milyon dollar təşkil edib. Oktyabrda qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?