17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Buğdanın yeni keyfiyyət standartı təsdiqlənib

Əhalinin sağlam və keyfiyyətli un və un məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı təsdiq olunub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək. Dövlət standartı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb. Buğdanın əsas keyfiyyət göstəriciləri (natura, qlüten miqdarı, düşmə ədədi, zülal və sair) unun keyfiyyət göstəricilərinə təsir edən əsas amildir. Yeni standarta görə 1, 2 və 3-cü sinif ərzaqlıq buğda, eləcə də 4 və 5-ci sinif aşağı keyfiyyətli buğdanın keyfiyyət və təhlükəsizlik tələbləri sərtləşdirilib. 1, 2 və 3-cü sinif buğdaları çörək istehsalında istifadə olunur. 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır. Zəif buğda olduğundan daha bahalı buğda növlərinin qatılması ilə çörəkbişirmə üçün yararlı hala gətirilir. 5-ci sinif buğda isə keyfiyyət göstəricilərinə görə qida üçün tam yararsız buğda sayılır və əsasən heyvandarlıq, quşçuluq və digər sahələrdə istifadə edilir.
Standart layihəsinin müzakirəsində Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq, Avropa və regional standartlar əsasında hazırlanıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri